Bank Of Baku

Manat avroya nisbətən 0,5% bahalaşıb

Manat avroya nisbətən 0,5% bahalaşıb
# 16 dekabr 2016 06:25 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 15-i ilə müqayisədə 0,3% möhkəmlənərək 1,7525 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8277 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl stabil qalaraq 0,0284 manat səviyyəsində qalıb.
 

Türkiyə lirəsinin məzənnəsi 0,8% möhkəmlənərək 0,4983 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1765 manatdır. Beləliklə, funt sterlinqin 0,7%-lik ucuzlaşma baş verib.

 

Gürcüstan larisinin məzənnəsi isə 0,5% geriləyərək 0,6539 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR