Bank Of Baku

Manat avroya nisbətən ucuzlaşıb

Manat avroya nisbətən ucuzlaşıb
# 26 dekabr 2016 06:29 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,7622 manat təşkil edib.


Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,14% möhkəmlənərək 1,8438 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl stabil qalaraq 0,0289 manat səviyyəsində qərarlaşıb.
 

Türkiyə lirəsinin məzənnəsi 0,18% zəifləyərək 0,5014 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1637 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,06%-lik azalma baş verib.

 

Gürcüstan larisinin məzənnəsi də 0,16% möhkəmlənərək 0,6437 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR