Bank Of Baku

Manat avroya qarşı 1% ucuzlaşıb

Manat avroya qarşı 1% ucuzlaşıb
# 30 dekabr 2016 06:20 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 29-u ilə müqayisədə 0,3% artaraq 1,7707 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1% möhkəmlənərək 1,8644 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,34% bahalaşaraq 0,0293 manat səviyyəsində qərarlaşıb.

 

Türkiyə lirəsinin məzənnəsi 0,6% möhkəmlənərək 0,5023 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1745 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,5%-lik artım baş verib.

 

Gürcüstan larisinin məzənnəsi də 0,3% möhkəmlənərək 0,6663 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR