Bank Of Baku

Manat bəzi valyutalara qarşı 1% bahalaşıb

Manat bəzi valyutalara qarşı 1% bahalaşıb
# 15 dekabr 2016 06:23 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,7475 manat təşkil edib.

 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,2% möhkəmlənərək 1,8369 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,1% ucuzlaşaraq 0,0284 manata çatıb.

 

Türkiyə lirəsinin məzənnəsi 1,3% zəifləyərək 0,4944 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1914 manatdır. Beləliklə, funt sterlinqin 0,9%-lik bahalaşması baş verib.

 

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6570 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR