Bank Of Baku

Manat əksər xarici valyutalara qarşı bahalaşıb

Manat əksər xarici valyutalara qarşı bahalaşıb
# 04 oktyabr 2016 07:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 3-ü ilə müqayisədə 0,2% ucuzlaşaraq 1,6138 manat olub.

 

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,52% zəifləyərək 1,8071 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 3-ü ilə  müqayisədə 0,78% bahalaşaraq 0,0259 manat səviyyəsinə yüksəlib.

 

Türkiyə lirəsinin məzənnəsi isə 0,86% ucuzlaşaraq 0,5336 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0724 manatdır. Beləliklə, funt sterlinq 1%-lik ucuzlaşma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,32% ucuzlaşaraq 0,6897 manat təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR