Bank Of Baku

Manat əksər xarici valyutalara qarşı bahalaşıb

Manat əksər xarici valyutalara qarşı bahalaşıb
# 14 oktyabr 2016 07:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 13-ü ilə müqayisədə 0,1% ucuzlaşaraq 1,5970 manat təşkil edib.
 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,02% möhkəmlənərək 1,7613 manat olub.
 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 13-ü ilə  müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.

 

Türkiyə lirəsinin məzənnəsi isə 0,1% ucuzlaşaraq 0,5171 manat təşkil edib.
 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9481 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib.
 

Gürcüstan larisinin məzənnəsi 0,74% ucuzlaşaraq 0,6724 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR