Bank Of Baku

Manat əsas ticarət tərəfdaşlarımızın valyutalarına nisbətdə ucuzlaşıb

Manat əsas ticarət tərəfdaşlarımızın valyutalarına nisbətdə ucuzlaşıb
# 28 iyul 2016 07:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 27-si ilə müqayisədə 0,2% artaraq 1,5819 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,84% möhkəmlənərək 1,7512 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,42% bahalaşaraq 0,0240 manat səviyyəsinə yüksəlib.
 

Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1% artaraq 0,5243 manat olub.
 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0843 manatdır. Beləliklə, funt sterlinq də 0,55%-lik bahalaşma nümayiş etdirib.
 

Gürcüstan larisinin məzənnəsi də 0,5% artaraq 0,6746 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR