Bank Of Baku

Manat funta nisbətən 1%-dən çox bahalaşıb

Manat funta nisbətən 1%-dən çox bahalaşıb
# 16 yanvar 2017 06:36 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 13-ü ilə müqayisədə dəyişməyərək 1,7867 manat təşkil edib.
 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,06% zəifləyərək 1,8959 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,33% zəifləyərək 0,03 manat səviyyəsində qərarlaşıb.
 

Türkiyə lirəsinin məzənnəsi 0,25% möhkəmlənərək 0,4754 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1495 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1,12%-lik azalma baş verib.


Gürcüstan larisinin məzənnəsi də 5,31% möhkəmlənərək 0,6589 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR