Bank Of Baku

Manat itkilərini artıqlaması ilə bərpa edir

Manat itkilərini artıqlaması ilə bərpa edir
# 13 fevral 2017 06:50 (UTC +04:00)

Manat cari ilin fevral ayının 2-dən etibarən dollara nisbətən bahalaşmaqdadır. "APA-Economics" xəbər verir ki, qeyd edilən dövr ərzində milli valyutamız dollar qarşısında 11% bahalaşıb.

 

Fevralın 2-də (o cümlədən fevralın 1-də) USD/AZN rəsmi məzənnəsi 1,9200 səviyyəsində idisə, bu gün 1 dollar 1,7301 manat səviyyəsinədək geriləyib. Sonuncu dəfə USD/AZN məzənnəsi bu səviyyəni 2016-cı ilin noyabr ayının 30-da test edib. Düzdür, həmin dövrdən etibarən dollar manata nisbətən bahalaşma dinamikası nümayiş etdirib və bu bahalaşma fevral ayının 1-dək davam edib. Bir gün (fevralın 2-si) stabil qalan dollar bundan sonra ucuzlaşmağa başlayıb.

 

Maraqlıdır ki, fevralın 1-dək orta hesabla 0,3-1% bahalaşan dollar, bundan sonra orta hesabla gündəlik 3%-lik ucuzlaşma nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR