Bank Of Baku

Manat lirəyə qarşı 1,6% bahalaşıb

Manat lirəyə qarşı 1,6% bahalaşıb
# 02 dekabr 2016 06:27 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 1-i ilə müqayisədə 0,12% artaraq 1,7339 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,85% möhkəmlənərək 1,8516 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,74% bahalaşaraq 0,0272 manata çatıb.


Türkiyə lirəsinin məzənnəsi 1,61% zəifləyərək 0,4957 manat təşkil edib.


Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1859 manatdır. Beləliklə, funt sterlinq 0,8%-lik artım nümayiş etdirib.


Gürcüstan larisinin məzənnəsi isə 0,27% ucuzlaşaraq 0,6760 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR