Bank Of Baku

Manat lirəyə qarşı 1,5% bahalaşıb

Manat lirəyə qarşı 1,5% bahalaşıb
# 18 noyabr 2016 06:24 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,31% bahalaşaraq 1,7091 manat təşkil edib.
 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,53% zəifləyərək 1,8128 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0263 manat olub.

 

Türkiyə lirəsinin məzənnəsi də 1,48% azalaraq 0,5055 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1200 manatdır. Beləliklə, funt sterlinq 0,1%-lik artılm nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,3% bahalaşaraq 0,6878 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR