Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 19-u ilə müqayisədə dəyişməyərək 1,8311 manat təşkil edib.
Avrozonanın vahid valyutası 1,9659 manat, Rusiyanın milli valyutası 0,0307 manat, Türkiyə lirəsinin məzənnəsi 0,4871 manat, 1 ingilis funt sterlinqi 2,2728 manat, Gürcüstan larisinin məzənnəsi 0,6879 manat olub.