Bank Of Baku

Manat rubl və lariyə qarşı 2% ucuzlaşıb

Manat rubl və lariyə qarşı 2% ucuzlaşıb
# 13 dekabr 2016 06:24 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 12-si ilə müqayisədə dəyişməyərək 1,7430 manat təşkil edib.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,9% zəifləyərək 1,8535 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 2,1% bahalaşaraq 0,0286 manata çatıb.
 

Türkiyə lirəsinin məzənnəsi 0,95% möhkəmlənərək 0,5014 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2090 manatdır. Beləliklə, funt sterlinqin 0,70%-lik bahalaşması baş verib.

 

Gürcüstan larisinin məzənnəsi isə 1,60% ucuzlaşaraq 0,6615 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR