Bank Of Baku

Manat türk lirəsinə qarşı 2% ucuzlaşıb

Manat türk lirəsinə qarşı 2% ucuzlaşıb
# 08 dekabr 2016 06:22 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 7-si ilə müqayisədə dəyişməyərək 1,7369 manat təşkil edib.
 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,49% möhkəmlənərək 1,8716 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,11% bahalaşaraq 0,0274 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 2% möhkəmlənərək 0,5134 manat təşkil edib.
 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1974 manatdır. Beləliklə, funt sterlinqin 0,1%-lik azalması baş verib.

Gürcüstan larisinin məzənnəsi isə 0,19% ucuzlaşaraq 0,6772 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR