Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 16-sı ilə müqayisədə 1% bahalaşaraq 1,8045 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,3% möhkəmlənərək 1,9201 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,66% möhkəmlənərək 0,0302 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,04% möhkəmlənərək 0,4756 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1795 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1,4%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 2,3% möhkəmlənərək 0,6739 manat olub.