Bank Of Baku

MBNP-dən ayrılan Fəxriyar Cabbarovun yeni iş yeri məlum olub

MBNP-dən ayrılan Fəxriyar Cabbarovun yeni iş yeri məlum olub
# 06 fevral 2017 10:57 (UTC +04:00)

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) "APA-Economics"ə verilən məlumata görə, Fəxriyar Cabbarov Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub.

 

Bundan öncə "APA-Economics" öz mənbələrinə istinadən yazıb ki, Hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarov MBNP-dən ayrılıb. Onu Əfqan Baxışov əvəzləyib.

 

Sorğumuza cavab olaraq MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov informasiyanı təsdiqləyərək qeyd edib ki, F. Cabbarov öz istəyi ilə vəzifəsindən uzaqlaşıb.

 

Qeyd edək ki, Ə. Baxışov əvvəllər Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə, həmçinin Mərkəzi Bankda Hüquq departamentinin direktor müavini, Təhsil Nazirliyinin Agentliyində Hüquq, insan resursları və informasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR