Bank Of Baku

MDM-də qeydə alınan səhmlərin əlavə emissiyasının həcmi 6 dəfədən çox artıb

MDM-də qeydə alınan səhmlərin əlavə emissiyasının həcmi 6 dəfədən çox artıb
# 12 noyabr 2014 09:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin yanvar-oktyabr aylarında Milli Depozit Mərkəzi (MDM) nominal dəyəri 3 mlrd. 897 mln. 504,708 min manat olan səhmlərin əlavə emissiyası üzrə əqdlər qeydiyyata alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,4 dəfə çoxdur.

 

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında MDM-də səhmlərin əlavə emissiyası üzrə emitentlərin 812 əqdi qeydiyyata alınıb. Oktyabr ayında MDM ümumilikdə 64 mln. 412,8 min manat məbləğində səhmin əlavə emissiyası üzrə 35 əqd qeydiyyata alıb.

 

Hesabat dövründə MDM qiymətli kağızların emitentləri ilə 49 müqavilə, o cümlədən oktyabr ayında 7 müqavilə bağlayıb.

 

2014-cü ilin yanvar-oktyabr aylarında MDM tərəfindən nominal dəyəri 727 mln. 490,977 min manata bərabər olan 4168, həmçinin oktyabrda 108 mln. 38,902 min manat məbləğində 550 birja əqdi qeydiyyata alınıb.

 

Bundan başqa, hesabat dövründə MDM nominal dəyəri 41 mln. 877,155 min manat olan qiymətli kağızlarla 431 birjadankənar əqd, həmçinin oktyabr ayında 2 mln. 960,58 min manat məbləğində 76 əqd qeydiyyata alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR