Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən depozit hərracının nəticəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 47,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% təşkil edib.
Qeyd edək ki, AMB bugünkü hərracda 200 mln. manat məbləğində vəsait cəlb etmək niyyətində olub. Depozit hərracının müddəti 14 gün, hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil etməli idi.
Hərrac "Bloomberg" ticarət platformasında keçirilib.
Beləliklə, hərracda təklif tələbi 4,2 dəfə üstələyib.