Bank Of Baku

Mərkəzi Bankın tələbini yerinə yetirməyən banklardan biri kapitalını kəskin artırır

Mərkəzi Bankın tələbini yerinə yetirməyən banklardan biri kapitalını kəskin artırır
# 21 yanvar 2015 07:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı Fond Birjasında “Azərbaycan Kredit Bankı” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanıb.

 

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 38 mln. 752 min manat, bir səhmin nominal dəyəri 224 manat təşkil edir.

 

Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək.

 

Qeyd edək ki, bankın saytında yerləşdirilən balans hesabatına əsasən, hazırda bankın nizamnamə kapitalı 11 mln. 429,380 min manatdır. Emissiya baş tutsa, bankın nizamnamə kapitalı 4,4 dəfə artaraq 50 mln. 181,380 min manata çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR