Bank Of Baku

Mərkəzi banklar qızıl alışını 51% azaldıb

Mərkəzi banklar qızıl alışını 51% azaldıb
# 10 noyabr 2016 06:45 (UTC +04:00)

Növbəti 3 il ərzində dünyanın mərkəzi banklarının 56%-i qızıl ehtiyatını artırmağı planlaşdırır. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) icmalında deyilir.

 

İcmala əsasən, həmin dövrdə tənzimləyicilərin 33%-i qızıl ehtiyatlarını indiki səviyyədə saxlamağı, 11%-i isə azaltmağı planlaşdırır.

WGC-nin analitikləri qeyd edir ki, cari ilin III rübündə mərkəzi banklar ümumilikdə 81,7 ton qızıl alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 51% azdır.

 

Ən aktiv qızıl alıcıları Rusiya Bankı (43,9 ton), Çin (15,2 ton) və Qazaxıstandır (10 ton).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR