Bank Of Baku

Milli Depozit Mərkəzində qeydə alınan səhmlərin əlavə emissiyasının həcmi 6 dəfədən çox artıb

Milli Depozit Mərkəzində qeydə alınan səhmlərin əlavə emissiyasının həcmi 6 dəfədən çox artıb
# 04 dekabr 2014 10:27 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Milli Depozit Mərkəzi (MDM) nominal dəyəri 4 mlrd. 265 mln. 808,534 min manat olan səhmlərin əlavə emissiyası üzrə əqdlər qeydiyyata alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,2 dəfə çoxdur.

 

MDM-dən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında mərkəzdə səhmlərin əlavə emissiyası üzrə emitentlərin 855 əqdi qeydiyyata alınıb. Noyabr ayında MDM ümumilikdə 368 mln. 303,8 min manat məbləğində səhmin əlavə emissiyası üzrə 43 əqd qeydiyyata alıb.

 

Hesabat dövründə MDM qiymətli kağızların emitentləri ilə 55 müqavilə, o cümlədən noyabr ayında 6 müqavilə bağlayıb.

 

2014-cü ilin yanvar-noyabr aylarında MDM tərəfindən nominal dəyəri 805 mln. 635,408 min manata bərabər olan 4 683, həmçinin noyabrda 78 mln. 144,431 min manat məbləğində 515 birja əqdi qeydiyyata alınıb.

 

Bundan başqa, hesabat dövründə MDM nominal dəyəri 48 mln. 322,505 min manat olan qiymətli kağızlarla 461 birjadankənar əqd, həmçinin noyabr ayında 6 mln. 445,35 min manat məbləğində 30 əqd qeydiyyata alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR