Bakı. Pərviz Nuriyev - APA-Economics. Sentyabr ayının 15-də “Milli Depozit Mərkəzi” QSC-nin (MDM) Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
MDM-dən “APA-Economics”ə verilən məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsini icra edən Cahangirov Akşın Fehruz oğlunun səlahiyyətlərinə öz ərizəsi əsasında xitam verilib və Əliyev Araz İsmayıl oğlu QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.