Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında yeni “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat verilərək qeyd olunub ki, Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarətsonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının dövlət və ictimai müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Yeni qanun layihəsi 12 fəsil, 92 maddədən ibarətdir.
Layihə səsə qoyularaq konseptual olaraq birinci oxunuşda qəbul olunub.