Bakı. Musa Əhmədov - APA-Economics. Dünya birjalarında neftin ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 50,41 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13 dollar azalaraq 51,82 dollar olub.
Neftin ucuzlaşmasına səbəb dolların möhkəmlənməsidir. Dolları isə ABŞ-da işsizliyin səviyyəsi ilə bağlı açıqlanan statistika bahalaşdırır. Belə ki, ABŞ-da işsizlik müavinəti ilə bağlı müraciət edənlərin sayında azalma müşahidə olunur.
Üstəlik, Kanada baş verən irimiqyaslı yanğınlardan fəaliyyətini dayandıran neft şirkətləri artıq iş başındadır. Bu da neftin ucuzlaşmasına təsir edir.