Bakı. Pərviz Nuriyev – APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,6 dollar bahalaşaraq 1 barelə görə 100,59 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,52 dollar artaraq 108,41 dollar olub.