Bakı. Pərviz Nuriyev - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,59 dollar bahalaşaraq 1 barelə görə 102,61 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,38 dollar ucuzlaşaraq 109,37 dollar olub.