Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neft ucuzlaşır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar azalaraq 45,91 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar azalaraq 47,25 dollar olub.