Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,96 dollar və ya 1,0% artaraq 1 barelə görə 94,24 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, yanvarın 16-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar və ya 0,3% artaraq 110,61 dollar olub.