Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,68 dollar və ya 0,7% artaraq 1 barelə görə 96,68 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, yanvarın 22-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,71 dollar və ya 0,6% artaraq 112,42 dollar olub.