Bakı. Vahab Rzayev – APA-Economics. Martın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,70 dollar və ya 0,8% artaraq 1 barelə görə 90,82 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, martın 5-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,52 dollar və ya 1,4% artaraq 111,61 dollar olub.