Bakı. Vahab Rzayev – APA-Economics. Martın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,51 dollar və ya 0,5% artaraq 1 barelə görə 93,03 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, martın 14-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,90 dollar və ya 0,8% artaraq 109,42 dollar olub.