Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri dəyişməz qalıb və 1 barelə görə 95,40 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, iyunun 20-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,19% artaraq 106,32 dollar olub.