Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,18 dollar və ya 1,2% artaraq 1 barelə görə 105,03 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, avqustun 22-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,09 dollar və ya 0,1% artaraq 109,90 dollar olub.