Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,63 dollar və ya 0,7% artaraq 1 barelə görə 87,38 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, noyabrın 21-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,03 dollar və ya 0,9% artaraq 110,86 dollar olub.