Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,87 dollar və ya 1,0% azalaraq 1 barelə görə 85,45 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, noyabrın 15-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,47 dollar və ya 0,4% azalaraq 108,01 dollar olub.