Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,86 dollar və ya 0,9% azalaraq 1 barelə görə 93,28 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, yanvarın 15-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,58 dollar və ya 1,4% azalaraq 110,30 dollar olub.