Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 2,04 dollar və ya 2,3% azalaraq 1 barelə görə 86,68 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 17-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,22 dollar və ya 2,2% azalaraq 97,69 dollar olub.