Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,01 dollar və ya 0,01% azalaraq 1 barelə görə 89,18 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, aprelin 23-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar və ya 0,1% azalaraq 100,31 dollar olub.