Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,88 dollar və ya 1,9% azalaraq 1 barelə görə 93,13 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, mayın 29-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,80 dollar və ya 1,7% azalaraq 102,43 dollar olub.