Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,95 dollar azalaraq 1 barelə görə 106,94 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, avqustun 2-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,59 dollar azalaraq 108,95 dollar olub.