Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,50 dollar və ya 0,5% azalaraq 1 barelə görə 105,92 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, avqustun 26-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar və ya 0,3% azalaraq 110,73 dollar olub.