Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,24 dollar və ya 0,3% azalaraq 1 barelə görə 87,14 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, noyabrın 22-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,31 dollar və ya 0,3% azalaraq 110,55 dollar olub.