Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,54 dollar və ya 0,6% azalaraq 1 barelə görə 87,74 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, noyabrın 26-da ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,46 dollar və ya 0,4% azalaraq 110,92 dollar olub.