Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,11 dollar və ya 0,1% azalaraq 1 barelə görə 90,87 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, dekabrın 27-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,27 dollar və ya 0,2% azalaraq 110,80 dollar olub.