Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,56 dollar və ya 1,5% artaraq 1 barelə görə 108,04 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, iyulun 18-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,09 dollar və ya 0,1% artaraq 108,70 dollar olub.