Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,86 dollar və ya 2,7% artaraq 1 barelə görə 107,89 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, avqustun 1-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,84 dollar və ya 1,7% artaraq 109,54 dollar olub.