Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,72 dollar və ya 0,7% artaraq 1 barelə görə 106,83 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, avqustun 13-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,85 dollar və ya 0,8% artaraq 109,82 dollar olub.