Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,02 dollar və ya 0,02% artaraq 1 barelə görə 106,85 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, avqustun 14-də ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,38 dollar və ya 0,3% artaraq 110,20 dollar olub.