Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,59 dollar və ya 0,6% artaraq 1 barelə görə 97,32 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, yanvarın 23-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar və ya 0,6% artaraq 107,58 dollar olub.