Bakı. Vahab Rzayev – APA-Economics. Martın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,07 dollar və ya 1,1% artaraq 1 barelə görə 100,26 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, martın 26-da ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,04 dollar və ya 0,04% artaraq 107,03 dollar olub.